Bank Of Baku

«Unibank» endirimli kredit kampaniyası keçirir

«Unibank» endirimli kredit kampaniyası keçirir
# 18 iyun 2013 07:34 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın «Unibank» ASC müxtəlif peşə sahiblərinin bayramı münasibəti ilə yay kampaniyasına start verib. Bu kampaniya çərçivəsində dövlət qulluqçuları, hərbçilər və həkimlərə daha güzəştli şərtlərlə və daha uzun müddətə peşə kreditləri verilir. 

 

«Unibank»dan «APA-Economics»ə verilən məlumata görə, iyulun 15-dək Bankdan kredit götürən bu peşə sahiblərinə 2% endirim ediləcək. Kreditin maksimal məbləği  7 500 manatadək artırılıb, ödəniş müddəti isə 48 ayadək uzadılıb. Üstəlik, kampaniya çərçivəsində kredit götürən dövlət qulluqçuları, hərbçilər və həkimlərə böyük imtiyazlar verən üzvlük kredit kartları hədiyyə ediləcək.

 

Qeyd edək ki, «Unibank» nağd kredit götürən hər bir müştəri üçün maksimal yaş həddi 70-dir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün «Unibank»ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

 

«Unibank»da kredit ödənişləri çox asan olub. İndi bütün «Unibank» müştəriləri kreditləri poçt şöbələrindən, «MilliÖn» ödəniş terminallarında, Hesab.az saytında, «Unibank»ın «cash-in» öəniş terminallarında və Unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, www.unibank.az saytından və yaxud www.facebook.com/unibank.az sosial şəbəkə səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR