Bank Of Baku

«Unibank» plastik kartlarını SMS xidmətinə qoşub

«Unibank» plastik kartlarını SMS xidmətinə qoşub
# 19 iyun 2013 08:37 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin müştəriləri bank kartlarında aparılan bütün mədaxil-məxaric əməliyyatlardan xəbərdar olacaqlar. Bank bütün kredit kartlarını və «Albalı» taksit kartını SMS-xəbərdarlıq xidmətinə qoşub. Bu xidmət ödənişsizdir. Müştərilərin telefon nömrələrinə göndərilən SMS-lər müştərini məlumatlandırmaqla yanaşı, kartın təhlükəsizliyini də təmin etmiş olur. Artıq bu ilin mayın 1-nə «Unibank»ın plastik kartlarının ümumi sayı 126 mini ötüb.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, ölkə bankları arasında «Unibank» nağdsiz ödənişlər üzrə liderdir. Nağdsız ödənişlər üzrə Mərkəzi Bankın sonuncu hesabatına əsasən, ay ərzində ölkə bankları arasında ən çox ödəniş «Unibank»ın POS-terminallarında və bankomatlarında aparılıb. Ay ərzində aparılan 87 087 nağdsız ödənişlərdən 86 mindən çoxu POS-terminalların, 1 mindən artığı isə bankomatların payına düşüb.

 

«Unibank» nağdsız ödənişlərin həcminin artırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Artıq bankın müştəriləri filiallara gəlmədən «Azərpoçt»un bütün poçt şöbələrindən, Unibank.az və Hesab.az saytları, «MilliÖn» ödəniş terminalları, «İnfoUnibank» mobil əlavəsinə malik  «iPhone» və «Android» platformasında olan smartfon və planşetlər vasitəsi ilə, «Unibank»ın ATM və «Cash-in» aparatlarının köməyi ilə növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.

 

«Unibank»ın məhsul və xidmətləri haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud bankın «Facebook» səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR