Bank Of Baku

«Unibank» yeni bonus kampaniyasına başlayıb

«Unibank» yeni bonus kampaniyasına başlayıb
# 20 iyun 2013 14:59 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gündən etibarən iyunun 30-dək «Unibank» ASC-nin «ALBALI» kart sahibləri «İdeal» mağazalarından etdikləri hər 100 manatlıq alış-veriş üçün 20 manatlıq hədiyyə kartı qazanacaq.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı «İdeal» mağazalarından «ALBALI» kartla alış-veriş edən hər kəs, malın dəyərini 6 aya ödəmək imkanı qazanacaq.

 

«ALBALI» kart sahibləri üçün daha bir yenilik isə artıq bu kart sahiblərinin öz virtual şəxsi kabinetlərinin olmasıdır (https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp).

 

Hər bir kart sahibi istənilən vaxt həm də www.albali.az  və ya www.unibank.az  saytına daxil olaraq, müştəri üçün yaradılan şəxsi kabinetdə verilən cədvələ «ALBALI» kartındakı son səkkiz rəqəmi və verilən gizli şifrəni daxil etməklə, kartının tranzaksiyalarını izləyə, borcları haqqında məlumat ala bilər. Əvvəlki ödənişlərindən və gələcək ödəmələrindən məlumatlı olan «ALBALI» sahibləri, hesablarındakı bonusların həcmini də öyrənə biləcək.

 

«Unibank»ın «ALBALI» kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında çox tələbat duyulan kart məhsuluna çevrilib. «ALBALI» kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı 700-dən artıq tərəfdaş mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. «ALBALI» kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Ödənişi «Unibank»ın istənilən filialındakı «cash-in» terminallarında, «MilliÖn» paypointlərində,  www.unibank.az və www.hesab.az saytında aparmaq mümkündür.

 

Müştərilər «ALBALI» kartı «Unibank»ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3 min manatadək kredit cəlb etməyə imkan verən «ALBALI» kartı, bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir. «ALBALI» kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq və ya potensial müştəriyə ən yaxın olan filiala yaxınlaşmaq olar. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldurmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR