Bakı. Vahab Rzayev - APA-Economics. Azərbyacanın «Unibank» ASC-də nağdsız ödənişlər tarixi maksimuma çatıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, nağdsız ödənişlər üzrə Mərkəzi Bankın aylıq hesabatında «Unibank» ilk yerdədir.
Sonuncu hesabata əsasən, ay ərzində ölkə bankları içərisində ən çox ödəniş «Unibank»ın POS-terminallarında və bankomatlarında aparılıb. Ay ərzində aparılan 87 087 nağdsız ödənişlərdən 86 mindən çoxu POS-terminalların, 1000-dən artığı isə bankomatların payına düşür. Hesabat ayına olan məlumata görə, «Unibank»dan alınan kartların sayı 126 456-ya çatıb.
«Unibank» nağdsız ödənişlərin həcminin artırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Artıq bankın müştəriləri filiallara gəlmədən www.unibank.az və www.hesab.az saytları, «MilliÖn» ödəniş terminalları, «İnfoUnibank» mobil əlavəsinə malik «iPhone» və «Android» platformasında olan smartfon və planşetlər vasitəsi ilə, «Unibank»ın ATM və «Cash-in» aparatlarının köməyi ilə növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.
«Unibank»ın «Albalı» kartı ölkədə nağdsız ödənişlərin sayının çoxalmasına öz töhfəsini verir. Qeyd edilir ki, 700-dən artıq partnyor-mağazada «Albalı» sahibləri aldıqları malın və göstərilən xidmətin dəyərini, hissə-hissə ödəmək imkanı qazanıblar.
«Unibank»ın məhsul və xidmətləri haqda daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud bankın «Facebook» səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.