Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Xalq Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 3,85 manat, sayı 7,390 mln. ədəd, emissiyanın ümumi həcmi isə 28 451 500 manat təşkil edir.
Emissiya «Xalq Sığorta» şirkətinin hər birinin nominal dəyəri 3,57 manat olan 7,390 mln. ədəd (ümumi həcmi 26 382 300 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 7,8% artaraq 28 451 500 manata çatacaq.
Xatırladaq ki, «Xalq Sığorta» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 26 382 300 manat təşkil edir.