Bank Of Baku

«Zaminbank»ın aktivləri son bir ildə 19% artıb

«Zaminbank»ın aktivləri son bir ildə 19% artıb
# 30 aprel 2013 09:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Zaminbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 393,776 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,2% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,0% artaraq 240,590 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 184,330 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin aprelin 1-nə nisbətən 2,6 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 2,4 dəfə artaraq 11,525 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 2,1 faiz bəndi azalaraq 4,8%-ə düşüb.

 

Bankın depozit portfeli son bir ildə 6,2% artaraq 87,210 mln. manata çatıb. O cümlədən , əhalinin əmanətlərinin həcmi 78,399 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 11,8% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 1,9 dəfə artaraq 50,802 mln. manat, o cümlədən nizamnamə kapitalı 1,9 dəfə artaraq 42,182 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 22,2% artaraq 131 591, o cümlədən fiziki şəxslərin sayı 23,2% artaraq 122 544, hüquqi şəxslərin sayı 8,6% artaraq 9 047 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 30 568-ə bərabər olub ki, bu da illik müqayisədə 2,9% azdır. O cümlədən, debet kartların sayı 2,3% azalaraq 29 582-yə, kredit kartların sayı 22,6% azalaraq 986-ya çatıb.


Hazırda bankın ölkə üzrə 38 filialı, 38 bankomatı, 1 891 POS-terminalı fəaliyyət göstərir. Bankın 641 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR