Bank Of Baku

Avro Azərbaycan manatına nəzərən ucuzlaşıb, dollar bahalaşıb

 Avro Azərbaycan manatına nəzərən ucuzlaşıb, dollar bahalaşıb
# 31 mart 2015 06:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün martın 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi möhkəmlənib.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 31-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% bahalaşaraq 1,0485 manat səviyyəsində qalıb.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0078 manat və ya 0,68% ucuzlaşaraq 1,1317 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR