Bakı - APA-Economics. “Azər-Türk Bank” “AzeriCard” prosessinq mərkəzinə keçidini uğurla başa çatdırıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni prosessinq mərkəzinə keçid plana uyğun olaraq 1 ay müddətində reallaşdırılıb. Artıq dekabr ayının 8-dən bankın bütün ödəmə kartları və terminal şəbəkəsi “AzeriCard” prosesinq mərkəzi tərəfindən dəstəklənir. İndi “Azər-Türk Bank”ın müştəriləri “MasterCard International” beynəlxalq ödəniş sisteminin ödəmə kartları vasitəsilə bankın “Card to Card Transfer”, “Cash in”, “Cash To Any Card”, “POS Credit”, “SMS Bildiriş”, “PIN Change”, “Internet Banking”, “MobilBank”, müxtəlif onlayn ödəmə xidmətlərindən daha asan, rahat və tam təhlükəsiz şəkildə istifadə edə bilərlər.
Həmçinin bankın kart sahibləri “Azərbaycan Beynəlxalq Bankı”nın bankomatlarından, əlavə komisyon ödəmədən, “Azər-Türk Bank”ın öz bankomatlarında tətbiq olunan tariflərlə istifadə imkanına malikdirlər.
Azər Türk Bank” ASC 1995-ci ildən fəaliyyət göstərir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.