Bank Of Baku

Azərbaycan Asiya İnkişaf Bankının Dehlidə keçirilən illik toplantısında iştirak edir

 Azərbaycan Asiya İnkişaf Bankının Dehlidə keçirilən illik toplantısında iştirak edir
# 03 may 2013 07:07 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Dehlidə (Hindistan) Asiya İnkişaf Bankı Direktorlar Şurasının 46-cı illik toplantısı keçirilir.

 

Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, toplantıda Azərbaycanın maliyyə naziri, AİB-in Direktorlar Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 5 min nümayəndə iştirak edir.

 

Tədbir mayın 5-dək davam edəcək.

 

Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-nın baş qərargahı Manilada (Filippin) yerləşir. Bankın 67 ölkə üzvü var. Azərbaycan 1999-cu ilin dekabr ayından AİB-in üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR