Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlara görə, fevral ayında ölkə banklarının kredit portfeli yanvar ayına nisbətən 253,1 mln. manat və ya 19,5% azalaraq 12 703,5 mln. manata düşüb. Mart ayında kredit portfelinin həcmi 250,3 mln. manat artaraq 12 953,8 mln. manat təşkil etsə də, bu, yanvar ayının göstəricisindən azdır.
Ümumilikdə kredit portfelinin həcmi ilin əvvəlindən indiyədək 1,8%, son bir ildə isə 26,2% artıb.
Birinci rübdə ticarət və xidmət sektoruna verilən kreditlərin həcmi 21%, energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 20,4%, sənaye və istehsal sektoruna verilən kreditlər 12,2% azalıb. Bu dövrdə kənd təsərrüfatına verilən kreditlər 11%, istehlak kreditləri 34%, inşaat və əmlak sektoruna verilən kreditlər isə 38,6% artıb.
Bank sektorunda problemli kreditlərin həcmi 760,8 mln. manat və ya ümumi kredit portfelinin 5,87%-ni təşkil edib. Son bir ildə problemli kreditlərin həcmi 14,7% artıb.