Bank Of Baku

Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

 Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb
# 16 oktyabr 2015 06:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün oktyabrın 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 16-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 15-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% artaraq 1,0473 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0098 manat və ya 0,82% azalaraq 1,1921 manata enib.

 

Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 2,4% artaraq 0,0171 manat səviyyəsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR