Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, xidmət tarifləri 3,3% bahalaşıb.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ölkədə illik inflyasiya 1,4% təşkil edib.