“Azercell Telekom” MMC ötən il aktivlərini azaldıb.
“APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “Azercell Telekom”un məcmu aktivləri 2016-cı illə müqayisədə 0,57% azalaraq 916,352 mln. manat olub.
Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 440,210 mln. manat, qısamüddətli aktivləri 476,142 mln. manat təşkil edib.
Hesabat dövründə şirkətin öhdəlikləri 19,16% artaraq 87,614 mln. manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 4,610 mln. manat, qısamüddətli öhdəlikləri isə 83,004 mln. manat təşkil edib.
Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 42 mln. 80 min manat, cəmi kapitalı isə 2,28% azalaraq 828,738 mln. manat təşkil edib.
2017-ci ildə “Azercell Telekom”un cəmi gəlirləri 4,72% artaraq 411,441 mln. manat, cəmi xərc və məsrəflər isə 21,11% artaraq 397,583 mln. manat olub.
Şirkətin ötən ili 19,357 mln. manat zərərlə başa vurub.