Bank Of Baku

"Azəryolservis" AYİB-dən kredit cəlb etmək niyyətindədir

"Azəryolservis" AYİB-dən kredit cəlb etmək niyyətindədir
# 05 fevral 2016 09:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf bankının (AYİB) nümayəndələri “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədovla görüşüblər.

 

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə “Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi üzrə müzakirələr aparılıb.

 

Hazırkı danışıqlarda layihə üzrə kredit sazişinin ilkin şərtləri, layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi, sosial məsələlər və köçürmə üzrə tədbirlər planı ətrafında müzakirə aparılır. Danışıqlar müsbət nəticələnərsə layihə üzrə kredit sazişinin imzalanması baş tutacaq.

 

Qeyd edək ki, “Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna 2 zolaq əlavə edilməklə I-b texniki dərəcəyə təkmilləşdirilməsi” layihəsi çərçivəsində 16 ədəd körpünün, 20 ədəd yol qovşağının və 10 ədəd yol ötürücüsünün tikintisi planlaşdırılır.

 

Eni 27,5 metr olacaq yolun örtüyünün polimer asfalt-betondur olması nəzərdə tutulub. Hər bir zolağın eni 3,75 metr olmaqla ümumilikdə sayı 4, yol geyiminin qalınlığı isə təqribən 65 sm olacaq. Yol boyu hər iki istiqamət üzrə 3,75 metr enində çiyinlər və 5 metr enində ayrıcı zolağın olması planlaşdırılır.

 

Layihə üzrə yol boyu 80 ədəd avtobus dayanacağı, nəqliyyat vasitələri üçün 23, piyadalar üçün isə 32 yeraltı keçidin tikintisi nəzərdə tutulur. Bundan başqa layihə üzrə tikintinin aparıldığı ərazidə 140 ədəd kommunikasiya və 552 ədəd müxtəlif diametrli borularının quraşdırılması aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR