Bank Of Baku

"AzSığorta" torpaq sürüşməsi nəticəsində evinə ziyan dəyən şəxsə 10 min manat ödəyib

"AzSığorta" torpaq sürüşməsi nəticəsində evinə ziyan dəyən şəxsə 10 min manat ödəyib
# 29 iyun 2017 08:26 (UTC +04:00)

"AzSığorta" şirkəti "Əmlakın yanğın və digər əlavə risklərdən sığortası" növü üzrə iri məbləğdə sığorta ödənişini həyata keçirib.
 

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Siyəzən rayonu Zarağan kəndi ərazisində yerləşən yaşayış evlərinin birinə torpaq sürüşməsi nəticəsində ziyan dəyib.

 

Şirkət əmlaka dəymiş ziyanı qarşılayaraq 10 min manat dəyərində sığorta ödənişi edib.
 

Qeyd edək ki, bu ilin fevral, aprel və may aylarında da "AzSığorta" baş verən sığorta hadisələrinə görə müvafiq olaraq 300 000, 40 900 və 234 856 manat məbləğində ödənişlər həyata keçirib.
 

Qeyd edək ki, "AzSığorta" ölkənin ən stabil sığorta şirkətlərindən biridir. "Fitch" beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona "stabil" proqnozu ilə "B" reytinqini təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR