Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda sosial sığorta haqlarının Vergilər Nazirliyinin xətti ilə toplanması təklif edilib. "APA-Economics" xəbər verir ki, bu təkliflə "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" V Vergi Forumunda çıxışı zamanı "Amcham-Azerbaijan"ın nümayəndəsi, "Deloitte-Azerbaija" audit şirkətinin idarəedici partnyoru Nuran Kərimov çıxış edib.
"Vergilər Nazirliyinin çox mütərəqqi infrastrukturu, proqram təminatı var, peşəkar işçiləri var. Niyə Vergilər Nazirliyinə tapşırılmasın ki, sosial sığorta haqlarını yığın? Vergilər Nazirliyi gəlir vergisini yığmaqla yanaşı, sosial sığorta haqlarını da yığsa yaxşı olar", - deyə N. Kərimov bildirib.