Bank Of Baku

"DəmirBank" əmanətlər üzrə illik faiz dərəcəsini artırıb

"DəmirBank" əmanətlər üzrə illik faiz dərəcəsini artırıb
# 14 oktyabr 2015 09:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” manat əmanətlərindən qısa müddətdə yüksək gəlir əldə etməyi təklif edir.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bank manat əmanətləri üzrə illik faiz dərəcəsini 3 aya 10%-dək, 6 aya 12%-dək artırıb ki, bu da müştərilərə qısa müddətdə gəlirlərini artırmağa imkan yaradır.

 

Bu kampaniyadan istənilən şəxs minimum 100 manat ilkin mədaxil edib əmanət hesabı açdırmaqla yararlana bilər. Əmanət hesabını isə “DəmirBank”ın istənilən filialında açdırmaq mümkündür.

 

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 000 manat təşkil edir.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR