Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini ardıcıl şəkildə inkişaf etdirir.
APA xəbər verir ki, bunu Baş nzzir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışında bildirib.
“Ötən il Azərbaycan Birinci Beynəlxalq İnvestisiya Forumunu keçirməklə investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb. Forum investorlar, biznes nümayəndələri və beynəlxalq maliyyə institutları tərəfindən yüksək maraqla qarşılanıb. Bu uğurun məntiqi davamı olaraq cari ilin sentyabr ayında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Fürsətdən istifadə edərək bütün tərəfdaşlarımızı həmin forumda iştirak etməyə dəvət edirik”, - deyə Baş nazir bildirib.
Əli Əsədov qeyd edib ki, bu gün dünya iqtisadiyyatının transformasiyası şəraitində beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir: “Bu kontekstdə maliyyə resurslarının səmərəli şəkildə birləşdirilməsini və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını təmin edən birgə investisiya fondları mühüm alət kimi çıxış edir. Məhz bu yanaşmadan çıxış edərək Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini ardıcıl şəkildə inkişaf etdirir. Xüsusilə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla təsis edilmiş birgə investisiya fondları artıq bu gün iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və perspektivli sahələrə investisiyaların cəlb olunması üçün təsirli mexanizm rolunu oynayır”.
Baş nazir nəzərə çatdırıb ki, son iyirmi il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından artıq investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici investisiyaların payına düşür: "Ölkədə investor hüquqlarının etibarlı müdafiəsini, investisiyaların toxunulmazlığına təminat verilməsini, kapitalın sərbəst hərəkətini və bazarın bütün iştirakçıları üçün bərabər şərait yaradılmasını təmin edən müasir qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanın mühüm rəqabət üstünlüklərindən biri onun Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyidir. Ardıcıl şəkildə həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun ən mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib. Bu gün Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir yolu və avtomobil magistrallarının inkişafına əhəmiyyətli resurslar yatırmağa davam edir ki, bu da regional əlaqələrin möhkəmlənməsinə və biznes üçün imkanların genişlənməsinə xidmət edir”.
Baş nazir: Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini inkişaf etdirir
Maliyyə
ITFC: İndiyə qədər ümumilikdə 96 milyard dollarlıq maliyyələşdirmə həyata keçirmişik
Məhəmməd Safri Həmid: Qlobal sukuk bazarının 36%-ni təmsil edirik
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb - FOTO
Xəbər Lenti
ITFC: İndiyə qədər ümumilikdə 96 milyard dollarlıq maliyyələşdirmə həyata keçirmişik
FHN-in Bakı Regional Mərkəzi təlim keçirib - VİDEO
Məhəmməd Safri Həmid: Qlobal sukuk bazarının 36%-ni təmsil edirik
Bakı-Şımkent reysi AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı yaradacaq
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
“Biz və bizim dağlar” abidəsinə istinad etmək sülh prosesinə xələl gətirir - MÖVQE
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
ICIEC: Ötən il Türkiyə və Gürcüstanda üç dəmir yolu layihəsinə sığorta təminatı vermişik
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb - FOTO
Maştağada 62 yaşlı kişini cərəyan vuraraq öldürüb
ICIEC 51 ölkədə 159 milyard dollarlıq ticarət və investisiya əməliyyatlarını sığortalayıb
Mikayıl Cabbarov: 2021–2025-ci illərdə ölkədə qeyri-neft və qaz sektorunun orta illik artımı 6% təşkil edib
Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən dəstənin məhkəməsi başlayır
Beksultan Adilxanov: Bakı və Şımkent arasında birgə turizm marşrutları hazırlanır
Ziraat Bank Azərbaycan-da yeni təyinat olub
Şahbuzda hərbi sursat aşkar edilib - FOTO - VİDEO
Mikayıl Cabbarov: Özəl sektor forumunda 4,7 mlrd. dollarlıq sazişlər imzalanacaq
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
DÇ-2026: Avstriya İordaniyanı məğlub edib
Baş nazir: Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini inkişaf etdirir
Britaniyanın investisiya naziri: Azərbaycanla ticarət əlaqələrimiz daha da inkişaf edir
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır
APA TV-də XƏBƏRAPARAN - CANLI
Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanacaq
DYP piyadalara müraciət edib - VİDEO
Ağdərədə yol qəzasında 3 nəfər xəsarət alıb
MSK nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
IsDBI: Hazırda qlobal islam maliyyəsi sənayesinin həcmi 4 trilyon dollar səviyyəsində qiymətləndirilir
MN: Pirkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
AMB: Azərbaycan ilk sukuk emissiyasına hazırlaşır
Bərdədə 10 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
Nyu-York birjasında təbii qaz bahalaşıb
AMB sədri: İslam maliyyəsi inklüziv iqtisadi inkişafın mühüm alətidir
Azərbaycan neftinin qiyməti 83 dollara yaxın olub
“Brent” və "WTI" markalı neft ucuzlaşıb
Şükürbəyliyə növbəti köç karvanı yola salınıb - FOTO
FHN: Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib
Bu günün valyuta məzənnələri
G7 liderləri Rusiyanın neft və qaz sektoruna sanksiya təzyiqini artırmaq niyyətindədirlər
Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
G7 liderləri Ukraynaya HHM sistemlərinin tədarükünü artırmaq barədə razılığa gəliblər
DÇ-2026: Messinin het-triki Argentinaya qələbə qazandırdı
Vens: İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər
Heqset NATO-dan olan həmkarları ilə ittifaqa töhfələrinin artırılmasını müzakirə edəcək
DÇ-26: İraq – Norveç 1:4
Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək
Papa XIV Leo İran memorandumunun münaqişəyə son qoyacağına ümid etdiyini deyib