Karnegiklubun 7 illiyinə həsr edilmiş möhtəşəm bayram treninq-tədbiri uğurla başa çatdı. Tədbir Pullman oteldə keçirildi. 650 nəfər insanı bir yerə toplayan bu tədbir Azərbaycan Respublikasının himni ilə açıldı.
Tədbirin aparıcısı İlhamiyyə Rza, KarnegiKlubun 7 illik fəaliyyəti haqqında iştirakçıları məlumatlandırdıqdan sonra səhnəyə KarnegiKlubun təsisçisi və rəhbəri Dr. Nəcəf Allahverdiyevi dəvət etdi.
"Life and Time management" treninqinə start verildi. Təlimin gedişatında, zamanın idarə olunması haqqında aktual mövzulara toxunuldu. Məqsədlərin düzgün seçilməsi, SMART üslubu ilə dəyərləndirilmə, missiyanın müəyyən edilməsi və məqsədlərin fərqi, hər iştrakçının fərdi zaman bölgüsü diaqnostikası, tənbəllik, prokrastinasiya və perfeksionizm ilə mübarizə üslubları göstərildi. Eyzenxauer matritsası vasitəsi ilə prioritetləşmə və digər mövzularda çoxlu faydalı və praktiki məlumatlar verildi.
5 saat davam edən treninqin fasilə zamanında bayram tortları kəsildi və çay süfrəsi ətrafında iştirakçıların ünsiyyəti baş tutdu. Treninq iştirakçıları serifakatlarla təltif edildi.
Qeyd edək ki, “KarnegiKlub treninq mərkəzi” Bakı şəhərində 2011-ci ildə, "Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti"nin aparıcı təlimçisi, “Beynəlxalq Trenerlər Assosiasiyası”nın üzvü Dr. Nəcəf Allahverdiyev tərəfindən təsis edilib. Bu 7 il ərzində, mərkəz, insanların şəxsi inkişafı və biznesə yönəlik müxtəlif təlimlər baş tutmuşdur. Natiqlik və kommunikasiya; təqdimat və satış bacarıqları; zamanın idarə edilməsi, məqsədlərin düzgün qoyulması və s. mövzularda keçirilən təlimləri 100-dən çox qrup bitirmişdir. Gənclərin inkişafına yönəlik 10-dan çox universitetdə Masterklass təlimlər, həmçinin dövlət və özəl sektora aid idarə, şirkət və təşkilatlarda korporativ treninqlər keçirilmişdir.