İntiqam Səfərəliyev "Rantye" verilişində puldan pul qazanmağın yolları barədə danışıb
01 May 2018-ci il tarixində saat 17:00 – 18:00 aralığında "Antenn FM" radiosu vasitəsilə yayımlanan Rantye verilişinin ilk qonağı olmuş "AzFinance" İnvestisiya şirkətinin direktor müavini İntiqam Səfərəliyev yay aylarında puldan pul qazanmağın yolları barədə məlumat verib.
Bu, "AzFinance" investisiya şirkəti tərəfindən təqdim edilən 4 aya 4% investisiya təklifi sayəsində mümkündür. Qeyd etmək lazımdır ki, vəsaitlər həm manatla, həmçinin də ABŞ dolları ilə yerləşdirilə bilər. ABŞ dollarında gəlirlilik illik 4% təşkil edir. Bununla Siz, yay istirahətinizi rahat keçirib, vəsaitlərinizin həm təhlükəsizliyini, həmçinin gəlirliliyini təmin etmiş olursunuz.
Veriliş zamanı həmçinin investisiya anlaşı barədə İntiqam Səfərəliyev öz yanaşmasını bildirib. Onun sözlərinə görə, investisiya anlayışı vəsaitləri indi xərclənməyib doğru yerləşdirmələr edilərək saxlanmasıdır: "Bunun məntiqi isə ondadır ki, vəsait saxlanılaraq ondan daha çox qazanc əldə olunur”.
Verilişin 1 may tarixli canlı efirinə baxmaq üçün "Rantye" proqramının facebook səhifəsinə (https://www.facebook.com/rantye101fm ) daxil olub, səhifəni izləyə bilərsiniz.
"AzFinance" investisiya şirkətinin 4 aya 4% qazanc imkanı barədə daha ətraflı məlumat almaq üçün (012) 310 33 30 (012) 310 33 11 (012)310 33 22 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz və yaxud Nəriman Nərimanov pr. 206 ünvanında yerləşən şirkət ofisinə yaxınlaşa bilərsiniz.
"AzFinance" investisiya şirkəti 2014-cü ildə, müştərilərinə aktivlərin idarə olunması və brokerlik sahəsində, mərkəzləşdirilmiş və qazanclı maliyyə xidmətləri göstərən şirkət olaraq formalaşdırılmışdır. Şirkət Azərbaycan Respublikası Qiymətli Kağızlar Komitəsi tərəfindən brokerlik, dilerlik və aktivlərin idarə edilməsi sahəsində xidmətlərin göstərilməsi üçün lisenziyaya malikdir.
Rantye verilişi dinləyicilərini maliyyə bazarları, investisiyalar, kriptovalyuta və blokçeyn mövzularında yeniliklər barədə məlumatlandıran bir proqramdır. Verilişi həftə içi hər gün saat 17:00 – 18:00 aralığında 101 fm dalğasında eyni zamanda Rantye verilişinin facebook səhifəsində canlı yayım vasitəsilə izləmək mümkündür.