Bank Of Baku

"Günay Bank"ın səhmlərinin yerləşdirilməsinə başlanır

"Günay Bank"ın səhmlərinin yerləşdirilməsinə başlanır
# 17 sentyabr 2014 12:09 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bakı Fond Birjasında (BFB) " Günay Bank " ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanılır.

 

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 4 783 manat, sayı 10 450 ədəd, emissiyanın ümumi həcmi isə 49 mln. 982 350 min manat təşkil edir.
 

Yerləşdirmədə anderrayter kimi  “Texnika Kapital Menecment” MMC çıxış edir.

 

Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 3,8 dəfə artaraq 68 mln. 076,350 min manata çatacaq.

 

Emissiyanın parametrləri aşağıdakı kimidir:

 

Dövlət qeydiyyat nömrəsi

AZ1002000169

Emissiyanın həcmi

49 982 350 manat

Qiymətli kağızın miqdarı

10450 ədəd

Nominal dəyəri

4.783 manat

Anderrayter

« Texnika Kapital Menecment » MMC

Üstünlük hüququ müddətinin bitməsi tarixi

Nəzərdə tutulmayıb

Yerləşdirmənin başa çatma tarixi

04.09.2015

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR