Bakı. Əli Əhmədov – APA-Economics. Bu günədək Beynəlxalq Maliyyə Korporasiyası (IFC, Dünya Bankı qrupunun üzvü) tərəfindən Azərbaycana 500 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Bu vəsaitlər hesabına ölkədə 60 investisiya layihəsi həyata keçirilib. Bu barədə IFC-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bildirib.
Onun sözlərinə görə, Korporasiya tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə məsləhət xidmətləri də göstərilib. Hazırda Milli Məclisə IFC-nin tövsiyələri əsasında hazırlanmış «Yoxlamalar haqqında» və «Lisenziyalaşdırma haqqında» qanun layihələrinə baxılır.
«Həmçinin, Azərbaycan hökuməti ilə icazə və lisenziyalaşdırma portalının yaradılması haqqında danışıqlar aparırıq», - deyə A.Əzimova bildirib.