Bank Of Baku

"Kapital Bank" dəmiryolçular üçün kredit faizlərinə endirim edir

"Kapital Bank" dəmiryolçular üçün kredit faizlərinə endirim edir
# 12 oktyabr 2015 10:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Kapital Bank” 13 oktyabr - Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı münasibətilə dəmiryolçular üçün güzəştli kampaniya elan edir.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, oktyabrın 12-dən 17-dək davam edəcək kampaniya çərçivəsində, “Kapital Bank” "Azərbaycan Dəmir Yolları" QSC-nin bütün əməkdaşları üçün illik 27%-lə bankın mövcud gündəlik tələbat kreditlərindən yararlanmaq imkanı təklif edir.

 

Göstərilən tarixlərdə dəyərli peşə sahibləri 0% komissiya ilə 15 000 manatadək və 36 ay müddətinədək kredit əldə edə bilərlər. "Kapital Bank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

 

Endirim kampaniyası haqqında daha ətraflı məlumat əldə etmək üçün www.kapitalbank.az saytına, 196 nömrəli sorğu mərkəzinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR