Bank Of Baku

"Nəsimi Bazarı"nın xalis mənfəəti 7,5 dəfə azalıb

"Nəsimi Bazarı"nın xalis mənfəəti 7,5 dəfə azalıb
# 01 iyul 2017 07:45 (UTC +04:00)

"Nəsimi Bazarı" ASC ötən il aktivlərini artırıb. "APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, "Nəsimi Bazarı"nın məcmu aktivləri 2015-ci illə müqayisədə 1,02% artaraq 748,198 min manat olub.

 

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 419,140 min manat, qısamüddətli aktivləri 329,058 min manat təşkil edib.

 

2016-cı ilin sonuna şirkətin cəmi öhdəlikləri 7,570 min manat olub.

 

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 740,628 min manat təşkil edib.

 

2016-cı ildə "Nəsimi Bazarı"nın sair əməliyyat gəlirləri 22,6% azalaraq 234,731 min  olub. Ötən il şirkətin işçi heyəti üzrə xərcləri 148,899 min manat, amortizasiya xərcləri 10 manat, sair əməliyyat xərcləri 15,709 manat təşkil edib.

 

2015-ci illə müqayisədə ötən il "Nəsimi Bazarı"nın xalis mənfəəti 7,5 dəfə azalaraq 6507 manata düşüb.  

 

23 əməkdaşı olan şirkətin İdarə Heyətinin sədri Cavid Mirhadıyev, İdarə Heyətinin üzvləri isə Vaqif Adıgözəlov və Ziya Əsgərovdur.

 

Qeyd edək ki, "Nəsimi Bazarı"nın əsas fəaliyyəti 68200 şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsindən ibarətdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR