Bank Of Baku

"PAŞA Bank" 2020-ci ilədək hədəflərini açıqlayıb

"PAŞA Bank" 2020-ci ilədək hədəflərini açıqlayıb
# 01 may 2018 08:34 (UTC +04:00)

"2017-ci ildə bankda hüquqi şəxslərin sayı 45% artaraq 5000 nəfərə yüksəlib. Hüquqi şəxslərlə əməliyyatların sayı 70 faiz artaraq 363 min ödəniş sayı təşkil edib".

 

"APA-Economics" xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov bankın ilk rüb üzrə maliyyə göstəricilərindən danışarkən deyib.

 

Onun sözlərinə görə, ümumi dövriyə 35% artaraq ÜDM-in 30-35 faizinə bərabər olub. "Hazırda kiçik və orta sahibkarlıqla bağlı portfelimizi 25 milyon manatdan 170 milyon manatadək artırmaq niyyətimiz var. Bu təxminən 7 dəfə artım deməkdir. 2020-ci ilədək "PAŞA Bank Azərbaycan"ın ümumi portfeli 1 milyard manatdan 2 milyarda yüksəltmək istəyirik. Aktivlərimiz 5,2 milyarda çatmalıdır," - deyə T. Kazımov qeyd edib.

 

T.Kazımov əlavə edib ki, 2020-ci ilədək bank bütün əməliyyatlarını 90% rəqəmsallaşdıracaq: "Bununla yanaşı "PAŞA Bank" filial şəbəkəsini genişləndirəcək. "Filiallarımızda müştərilərə konsultasiya-məsləhət xidmətləri göstəriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR