Bank Of Baku

Şahmar Mövsümov: “Dövlət Neft Fondu rubl investisiyasını qoruyub saxlayacaq”

 Şahmar Mövsümov: “Dövlət Neft Fondu rubl investisiyasını qoruyub saxlayacaq”
# 24 yanvar 2015 11:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Rusiya rublunun dəyərdən düşməsi və “Bank VTB”nin gəlirlərinin azalma ehtimalına baxmayaraq Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya siyasətini dəyişməyəcək.

 

APA-EConomics” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

 

“Biz rubl investisiyamızı qoruyub saxlayacağıq. VTB uzunmüddətli strateji investisiyadır. Biz "VTB Bank"a inanırıq. Bu bank Rusiyanın ən güclü banklarından biridir", - deyə Ş.Mövsümov bildirib.

 

Qeyd edək ki, investisiya siyasətinə uyğun olaraq, investisiya portfelinin diversifikasiyası və uzunmüddətli gəlirliliyinin artırılması məqsədilə ARDNF 2013-cü ildə “Bank VTB” ASC tərəfindən emissiya edilmiş 500 mln. ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,99%-lik paya sahib olub.

 

Yeri gəlmişkən, “Bank VTB”nin rəhbəri Andrey Kostin bəyan edib ki, sanksiyalar və yüksək faiz dərəcələrinə görə 2014-cü ildə “Bank VTB”nin gəlirinin olmayacağı və 2015-ci ili zərərlə başa vuracağı proqnozlaşdırılır.

 

“Biz 2014-cü ildə gəlirin olmayacağını gözləyirik. Əgər Rusiyanın Mərkəzi Bankı uçot dərəcəsini aşağı salmasa, bankımızın 2015-ci ili zərərlə başa vuracağı da istisna edilmir. 2015-ci il Rusiya iqtisadiyyatı üçün mürəkkəb dövr olacaq. Bu il Rusiya üçün ən ağır il ola bilər”, - deyə A.Kostin “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, sanksiyalar bankın qərb bazarlarına çıxışını əngəlləyib: “ Kapital və kredit bazarı mənim üçün bağlıdır və indiki halda bununla bağlı heç bir xəyal qurmağa dəyməz. Sanksiyalar mənin bankımın hərəkət istiqamətini dəyişdirib. Əvvəllər mən səhmləri satmaqla dünya bazarlarından borclanma ilə bağlı azad bazarda hərəkət edə bilirdim. Amma sanksiyalar səbəbindən indi bu mümkün deyil”.

 

Qeyd edək ki, 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə ötən ilin eyni dövründə “Bank VTB”nin xalis mənfəəti 8,5 dəfə azalaraq 5,4 mlrd. rubl təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR