Bank Of Baku

Andrey Kondakov: «Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankı qarşısında öhdəliklərini yüksək templə icra edir» - FOTO

Andrey Kondakov: «Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankı qarşısında öhdəliklərini yüksək templə icra edir» - <span style="color: red;">FOTO
# 20 iyun 2013 12:37 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) qarşısında öhdəliklərini yüksək templə yerinə yetirir. «APA-Economics»in məlumatına görə, bunu QDTİB-in prezidenti Andrey Kondakov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan Bank qarşısında imzalanmış kapitalla bağlı ödəmələri üzrə öhdəliklərini yüksək templə yerinə yetirir: «Məsələn, Azərbaycan dekabr ayının ödəməsini aprel ayında ödəyib və biz buna görə Azərbaycan hökumətinə minnətdarıq».

 

A.Kondakov həmçinin bildirib ki, hazırda Azərbaycan tərəfindən QDTİB-in kapitalına yönəldilən «leverage» (aktivlərin maliyyələşdirilməsi üçün istifadə olunan məbləğ) 6-ya bərabərdir: «Azərbaycan Bankın kapitalına yönəltdiyi hər 1 avroya görə 6 avro səviyyəsində «leverage» əldə edir ki, bu da olduqca yüksək göstəricidir».

 

Qeyd edək ki, Azərbaycan 2002-ci ildən QDTİB-in üzvüdür. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi və səhmdar kapitalda iştirakla bağlı layihələr həyata keçirir. Beynəlxalq maliyyə institutu olan QDTİB-in səhmdarları rolunda 11 ölkə (Azərbaycan, Türkiyə, Albaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Yunanıstan və Ermənistan) çıxış edir. Azərbaycan QDTİB-də 5% paya malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR