Bank Of Baku

ARDNF bu il hərraclarda 1,7 mlrd. dollar satıb - YENİLƏNİB

ARDNF bu il hərraclarda 1,7 mlrd. dollar satıb - <span style="color: red;">YENİLƏNİB
# 03 iyul 2017 08:39 (UTC +04:00)

(saat 10:24-də dərc olunan xəbərə 3-4 abzaslar əlavə olunub)

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) iyun ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

 

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 373,2 mln. dollar məbləğində vəsait satılıb.

 

Xatırladaq ki, ARDNF yanvar-may ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 1 mlrd. 314,2 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin I yarısında ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 687,4 mln. dollar təşkil edib.

 

Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR