Bank Of Baku

ARDNŞ-ın büdcə ödəmələri 17% artıb

ARDNŞ-ın büdcə ödəmələri 17% artıb
# 14 may 2013 13:09 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin aprel ayında dövlət büdcəsinə 132 879 min manat vəsait ödəyib ki, bu da ötən ilin aprel ayına nisbətən 11 874 min manat və ya 9,8% çoxdur.

 

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, 2013-cü ilin yanvar-aprel aylarında büdcəyə 518 871 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 444 min manat və ya 17% çox olub.

 

Bundan əlavə, cari ilin aprel ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 075 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2013-cü ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 50 064 min manat təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR