Bank Of Baku

Asiya İnkişaf Bankı 15 il ərzində Azərbaycana 1,6 mlrd. dollardan çox vəsait ayırıb

Asiya İnkişaf Bankı 15 il ərzində Azərbaycana 1,6 mlrd. dollardan çox vəsait ayırıb
# 10 iyun 2014 11:04 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bakıda Azərbaycanın Asiya İnkişaf Bankına (AİB) üzv olmasının 15-ci ildönümünə həsr olunan rəsmi qəbul keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumatına görə, Azərbaycanın dövlət və hökumət rəsmiləri, AİB-nın yüksək səviyyəli nümayəndələri, beynəlxalq maliyyə institutları, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib.

 

Tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri, AİB-nın Rəhbərlər Şurasının hazırkı sədri Samir Şərifov ölkəmizlə bank arasında 15 illik tarixi olan əməkdaşlığın bir çox əhəmiyyətli sahələri əhatə etdiyini vurğulayıb.

 

Nazir bildirib ki, AİB ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə 20 kredit və 1 qrant layihəsinin maliyyələşdirilməsi üçün 1,64 mlrd. dolları dəyərində vəsait ayırıb ki, bunun 143 mln. dollarını özəl sektorda 6 layihənin maliyyələşdirilməsinə yönəldilən kreditlər, 14,4 mln. dollarını texniki yardım qrantları təşkil edib.

 

Ölkəmizdə AİB tərəfindən əsasən nəqliyyat, su təchizatı, enerji, həmçinin, maliyyə sektoru, təhsil, səhiyyə sahələrdə həyata keçirilən layihələr maliyyələşdirilib.

 

1 yanvar 2014-cü il tarixinə olan vəziyyətə əsasən AİB ilə imzalanan kredit sazişləri üzrə 1 mlrd. 333,9 mln. dolları ekvivalentində vəsaitin cəlb olunması nəzərdə tutulub.

 

Tədbirdə çıxış edən AİB-in vitse-prezidenti Vençay Janq Azərbaycanla bank arasında 15 illik səmərəli əməkdaşlıqdan bəhs edib və bu əməkdaşlığı daha da inkişaf etdirməkdə və genişləndirməkdə maraqlı olduqlarını ifadə edib. O qeyd edib ki, etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində,Asiya İnkişaf Bankı bundan sonra da Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlığı davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR