“Azərbaycanın coğrafi mövqeyi onu Asiya ilə Avropa arasında iri logistik haba çevirə bilər”.
“APA-Economics”in məlumatına görə, bunu Gömrük və Logistika üzrə üzrə SİO Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet bu gün Bakıda keçirilən Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan tarixən böyük İpək Yolu üzərində mühüm bir məntəqə olub: “Buradan böyük İpək yolunun bir neçə istiqaməti keçib. Hazırda da Azərbaycan Şimaldan Cənuba və Şərqdən Qərbə yükdaşımalarda mühüm rol oynayır”.
A. Llobet qeyd edib ki, bu gün nəqliyyat dəhlizlərinin inkişafı və Azərbaycanın yerləşdiyi mövqe onu iri logistik mərkəzə çevirəcək.