Bank Of Baku

Azərbaycan aqrar sığortanın daha aktiv tətbiqinə nail olmaq niyyətindədir

Azərbaycan aqrar sığortanın daha aktiv tətbiqinə nail olmaq niyyətindədir
# 20 iyun 2013 08:37 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda aqrar sığorta növü ilə bağlı müvafiq qanunvericilik bazasına dəyişikliklər ediləcək. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sahəsində sığorta xidmətlərinin tətbiqi məhdud səviyyədədir: «Amma demək olmaz ki, bizdə bu sığorta növü mövcud deyil. Bu sığorta növünün ölkədə mövcud olmasına baxmayaraq, bu bazar çox məhduddur. Həmçinin, bu bazarda iştirakla bağlı əhalidə kifayət qədər məlumat yoxdur. Digər tərəfdən, mövcud olan mexanizmlər də təkmil deyil. Bununla əlaqədar hazırda Maliyyə Nazirliyi və ölkənin iri sığorta şirkətləri xarici təcrübəni öyrənir».

 

S.Şərifov vurğulayıb ki, Maliyyə Nazirliyi yaxın gələcəkdə aqrar sahədə sığorta xidmətlərinin tətbiqi ilə bağlı təklifləri hazırlayaraq müvafiq qaydada hökumətə və dövlət başçısına təqdim edəcək: «Yəqin, bununla da bağlı müvafiq qanunvericilikə dəyişikliklər ediləcək ki, bu sığorta növündən də daha geniş şəkildə istifadə edə bilək».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR