Bank Of Baku

Azərbaycan banklarında depozitlərin 75%-i xarici valyutada yerləşdirilib

Azərbaycan banklarında depozitlərin 75%-i xarici valyutada yerləşdirilib
# 09 oktyabr 2015 08:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2015-ci il sentyabrın 1-ə 17 658,1 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 018,3 mln. manat və ya 20,62% çoxdur. O cümlədən, iyul ayı ilə müqayisədə cari ilin avqust ayında depozitlərin həcmi 555,5 mln. manat və ya 3,5% azalıb.

 

Depozitlərin tərkibində 7 320,3 mln. manatı və ya 41,46%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2014-cü ilin sentyabrın 1-ə nisbətən 327,5 mln. manat və ya 4,68% artıb.

 

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin sentyabrın 1-ə 10 337,7 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 2 690,6 mln. manat və ya 35,18% artıb.

 

Hüquqi şəxslərin depozitlərinin tərkibində 5 300,3 mln. manatı və ya 51,27%-i maliyyə təşkilatların depozitlərinin, 5 037,4 mln. manatı və ya 48,73%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

 

Yerli banklarda depozitlərin 4 434,4 milyonu manatla, 13 223,6 milyonu isə xarici valyutada yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR