Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda futbol turnirinin qrup mərhələsində qaliblər müəyyən edilib

Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda futbol turnirinin qrup mərhələsində qaliblər müəyyən edilib
# 21 iyun 2013 09:55 (UTC +04:00)

Bakı – APA-Economics. Bakıda 17-22 iyun tarixlərində keçirilən Azərbaycan Beynəlxalq Bankının (ABB) Kuboku uğrunda Yeniyetmələr arasında II Beynəlxalq Futbol Turniri (“IBA Cup U-14”) qrup mərhələsi oyunlarına yekun vurulub.

 

ABB-dən “APA-Economics”ə verilən xəbərə görə, turnir Azərbaycan Beynəlxalq Bankının sponsorluğu, AFFA, Bakı Futbol Federasiyası və «İnter» peşəkar futbol klubunun təşkilati və texniki dəstəyi ilə keçirilib.

 

Turnirdə  8 ölkədən peşəkar futbol klublarının uşaq komandaları iştirak edib: “Eintracht” (Frankfurt, Almaniya), “Karpatı” (Lvov, Ukrayna), “Beşiktaş” (İstanbul, Türkiyə), “Djurgardens” (Stokholm, İsveç), “Partizan” (Belqrad, Serbiya), “Villarreal” (Villa, İspaniya),  “Dinamo” (Tbilisi, Gürcüstan). Azərbaycan “İnter” peşəkar futbol klubunun uşaq komandası ilə təmsil olunub.

 

“Şəfa” stadionunda keçirilmiş oyunların üçüncü turunu “A” qrupunda “Beşiktaş” (Türkiyə) -  “Eintracht” (Almaniya) 3:1 hesabı ilə, “Karpatı” (Ukrayna) - “İnter” (Azərbaycan) isə 1:0 hesabı ilə bitiriblər. “B” qrupunda  “Partizan” (Serbiya) - “Dinamo” (Gürçüstan)  3:0 hesabı ilə, “Villarreal” (İspaniya) - “Djurgardens” (İsveç) isə 3:0 hesabı ilə bitirmişlər.

 

Beləliklə, nəticələrə əsasən, 7-8-ci yerlər uğrunda “İnter” – “Djurgarden”, 5-6-cı yerlər uğrunda isə “Karpatı” – “Dinamo” klubları mübarizə aparacaqlar. Oyunlar 21 iyun tarixində, saat 09:30 və 11:00-da “Şəfa” stadionunda keçiriləcək, giriş pulsuzdur. Yarımfinal oyunları həmçinin 21 iyun tarixində axşam saatlarında keçiriləcək: “Beşiktaş” – “Partizan” (19:00), “Villarreal” – “Ayntraxt” (20:30). Final oyunları 22 iyun tarixində (saat 09:30-10:30 və 11:00-12:00-da) keçiriləcək. Turnir təşkilatçıları futbol həvəskarlarını “Şəfa” stadionuna dəvət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR