Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin vergi daxilolmaları I rübdə 10% artıb

Azərbaycan dövlət büdcəsinin vergi daxilolmaları I rübdə 10% artıb
# 04 may 2013 09:13 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsinə vergi orqanlarının xətti ilə 1 523,4 mln. manat həcmində vəsait daxil olub. «APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirib.

 

Onun sözlərinə görə, ötən ilin I rübü ilə müqayisədə büdcəyə daxil olan vəsaitin həcmi 133 mln. manat və ya 9,6% artıb.


Bu ilin I rübündə qeyri-neft sektoru üzrə büdcə proqnozu 102,5% icra edilərək, dövlət büdcəsində bu sahədən 839,2 mln. manat vəsait toplanıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,5 mln. manat və ya 6% çoxdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR