Bank Of Baku

Azərbaycan dünyada gedən iqtisadi geriləmə prosesindən daha tez və minimum zərərlə çıxacaq - TƏHLİL

Azərbaycan dünyada gedən iqtisadi geriləmə prosesindən daha tez və minimum zərərlə çıxacaq - <span style="color: red;">TƏHLİL
# 29 iyun 2017 12:32 (UTC +04:00)

Təhlil-bağlı-manşet

Ümumi tendensiyalar qalsa, bu ilin yekunları üzrə geriləmə sona çatacaq

 

Digər inkişaf etməkdə olan ölkələrdən fərqli olaraq, Azərbaycan dünyada gedən iqtisadi geriləmə prosesindən daha tez və mümkün qədər minimum itkilərlə çıxacaq. Son makroiqtisadi statistikanı təhlil edərkən belə qənaətə gəlmək olur.

 

Beləliklə, yanvar-may ayları üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) azalma səviyyəsi 0,9% təşkil edib ki, bu da ilk növbədə ötən ilin müvafiq dövrünün göstəricisindən kəskin aşağıdır (-4,2%). İkincisi isə yanvar-aprel ayları ilə müqayisədə ÜDM 0,3 faiz bəndi azdır. Müəyyən dərəcədə nikbinliyə əsas verən fakt ondan ibarətdir ki, iqtisadi geriləmə tempinin kəskin azalması neftin qiymətləri ilə bağlıdır. Belə ki, statistikaya əsasən, bu ilin yanvar-may aylarında dünya bazarında neftin qiymətləri 50-56 dollar təşkil edib, ötən ilin yanvar-may aylarında isə bu göstəricilər 40-50 dollar olub. Bunun nəticəsində Azərbaycan ötən ildən daha çox neft gəliri əldə edib.

 

Manatın dollara qarşı məzənnəsi ilə bağlı ilk 5 ay ərzində müşahidə olunan dinamikaya fikir verəndə möhkəmlənmə tendensiyasını qeyd etmək olar: yanvarda məzənnə 1,77 manat, fevralda 1,8-1,9 manat, mayda 1,70 manat təşkil edib. Ötən ilin müvafiq dövrdə göstəricilər belə olub: 1,56 manat, 1,58 manat və 1,49 manat. Eyni zamanda bu ilin ilk rübündə Dövlət Neft Fondu tərəfindən 24 valyuta hərracı keçirilib, burada 793 mln. dollar satılıb.  Aydındır ki, cari ödənişləri həyata keçirmək və büdcə qarşısında öhdəliklərin yerinə yetirilməklə yanaşı son iki ildə Azərbaycanda dövlət tərəfindən valyuta satışları valyuta bazarını təmin etmək, manatın məzənnəsinə dəstək vermək məqsədi daşıyır. Müqayisə edək: 2016-cı ilin ilk rübündə Dövlət Neft Fondu tərəfindən 33 valyuta hərracı keçirilib və burada 1,25 mlrd. dollar valyuta vəsaiti satılıb. Yəni ötən illə müqayisədə valyuta satışları 1,6 dəfəyə yaxın azalıb ki, bu da ilk növbədə onu göstərir ki, valyuta bazarının tənzimlənməsi və manatın məzənnəsini dəstəklənməsi üçün ehtiyac kəskin azalıb. Müəyyən dərəcədə buna həmçinin “üzən məzənnəyə keçid” və valyuta hərraclarının üsulunun dəyişməsi təsir edib ki, ümumi nəticədə hazırda Azərbaycanda manatın əsas xarici valyutalara qarşı məzənnəsi təbii prosesləri əsasında formalaşmağa başlayıb. Bu səbəbdən dövlətin bazara müdaxiləsi getdikcə azalır. Bu fikri belə yekunlaşdırmaq olar ki, əgər ölkədə milli valyutanın dəstəklənməsi üçün müdaxilə ehtiyacı azalırsa, həmin valyuta ehtiyatları dövlətin resurslarında qalır və digər, iqtisadiyyata birbaşa müsbət təsir edən istiqamətə yönəldilə bilir.

 

Bu kontekstdə daha bir vacib məqamı qeyd etmək olar ki, bu amil iqtisadiyyatın azalmasının səbəblərdən biridir və iqtisadiyyatın bərpasının vacib tərkib hissəsidir: əsas kapitala yönəldilən investisiyaların həcmi bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 96,8% təşkil edib, halbuki ötən ildə əvvəlki illə müqayisədə nisbət 66,9% olub. Yəni kapital qoyuluşları üzrə azalma 33,1%-dən cəmi 3,2%-ə endirilib. Nəzərə almaq lazımdır ki, bütün makroiqtisadi göstəricilər üzrə azalma templərinin aşağı düşməsi birbaşa olaraq iqtisadiyyatın bərpasının əsas göstəricilərindən biridir. Digər sözlə, əgər əsas makroiqtisadi göstəricilər üzrə geriləmə templərinin azalması baş verirsə, deməli tarazlaşma gedir və bərpa tendensiyalar tədricən davamlı xarakteri alır.  

 

Ölkədə makroiqtisadi, iqtisadi və sosial vəziyyəti xarakterizə edən daha bir vacib göstəriciyə fikir vermək lazımdır. Əhalinin əsas xərclər istiqamətləri üzrə kiçik də olsa artım müşahidə olunur (1,9% ətrafında). Təbiidir ki, ölkədə iqtisadi vəziyyətin pisləşməsi baş verəndə, böhran və ya böhran əlamətlərini daşıyan vəziyyət müşahidə olunanda pərakəndə xərclər sahəsində azalma baş verir. Məsələn, ABŞ-da son iqtisadi böhran dövründə böhranla mübarizənin əsas aləti kimi istehlak tələbatın stimullaşdırılması istifadə olunub ki, orada da pərakəndə xərclərin azalması baş verib və hökumət tərəfindən bu sahədə bir sıra radikal qərarlar qəbul edilib. Faktiki olaraq, o zaman bütün səylər istehlak tələbatın azalmasına imkan verməməyə yönəldilib. Azərbaycanda pərakəndə xərclərin azalması baş vermir və bu amil onu göstərir ki, əhalinin alıcılıq qabiliyyəti sahəsində müsbət tendensiyalar formalaşıb. Qeyd etmək lazımdır ki, əhalinin alıcılıq qabiliyyətin azalması iqtisadi böhranın, demək olar, kvintesensiyasıdır, böhranın son və düzəltməyə ən çətin olan əlamətidir.

 

Nəhayət, daha bir göstərici. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri illik müqayisədə 16,2%, büdcə xərcləri isə 26,5% artıb. Müqayisə üçün qeyd etməliyik ki, 2016-cı ilin yanvar-may ayları ərzində büdcə gəlirləri illik müqayisədə 15,1%, xərcləri isə 27,5% azalıb. Deməli, Azərbaycanda büdcə ilə bağlı vəziyyət tam sabitləşib və bunun üçün hər hansı ciddi və iqtisadiyyata yük olan borcalmalar həyata keçirilməyib, büdcənin icrası əsas olaraq daxili mənbələr hesabına yerinə yetirilib. Böhran şəraitində dövlət büdcəsi, adətən ilk növbədə problemləri hiss edir və bəzi hallarda bu, büdcə ödənişləri üzrə tariflərin, o cümlədən vergilərin qaldırılması ilə nəticələnir ki, bu da çox hallarda həm sahibkarlıq sektorunun maliyyə vəziyyətinin pisləşməsinə, həm də əhalinin alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxarır. Azərbaycanda belə addımlara ehtiyac olmayıb, olsa da, hökumət bu addımlara getməyib.

 

Əlbəttə ki, hələlik iqtisadiyyatda bir sıra problemli sahələr qalmaqdadır. Məsələn, yanvar-may aylarında illik inflyasiya 13,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstərici ilə müqayisədə 3,4 faiz bəndi çoxdur. Hökumət inflyasiyanı aşağı salmaq üçün müəyyən tədbirlər görür, amma hələlik inflyasiyanın reaksiyası daha güclüdür. Eyni zamanda inflyasiyanın azalması və birrəqəmli səviyyəsinə çatması digər iqtisadi proseslərin sağlamlaşmasının ardınca baş verməlidir, inflyasiya ən təsir edilə bilməyən göstəricilərdən biridir. Bundan başqa Azərbaycanın maliyyə sistemində, xüsusən də bank sistemində ciddi problemlər mövcuddur. Azərbaycan Beynəlxalq Bankının sağlaşdırılması prosesi hələlik gedir, bir sıra digər banklarında maliyyələşmə, likvidlik və kapitallaşma problemləri qalmaqdadır ki, nəticədə sektorda ciddi və radikal təmizlənmə prosesi davam edir. Lakin ümumi yekunda fəaliyyət göstərən bank sistemi indi iqtisadiyyatın və əhalinin maliyyə xidmətlərində tələbatını ödəməyə qadirdir, sistem üçün təhlükəli olan subyektlər isə tədricən sistemdən kənarlaşdırılır.

 

İqtisadi geriləməyə gəlincə isə qeyd etmək olar ki, əgər ümumi tendensiyalar qalsa, bu ilin yekunları üzrə geriləmə sona çatacaq. Beynəlxalq Maliyyə Fondu son hesabatında Azərbaycan üçün bu ildə 1%-lik geriləmə proqnozlaşdırıb, yalnız 2018-ci ildə 2%-lik artım baş verəcəyi gözlənilir. Amma bir sıra cari amillər, o cümlədən, məsələn, neftin qiymətlərin qalxması və bunun nəticəsində əldə edilmiş əlavə gəlirlərin səmərəli və iqtisadiyyatın artımına xidmət edən istiqamətlərə istifadəsi, büdcə maliyyələşdirilməsinin qismən də olsa bərpa edilməsi kimi addımlar imkan verə bilər ki, ilin sonunda sıfırlıq səviyyəsinə və ya çox kiçik geriləməyə nail olmaq mümkün olsun.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR