Bank Of Baku

Azərbaycan əhalisi banklarda depozitlərini xarici valyutada yerləşdirməyə üstünlük verir

Azərbaycan əhalisi banklarda depozitlərini xarici valyutada yerləşdirməyə üstünlük verir
# 06 yanvar 2015 07:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ilin yanvar-noyabr ayları ərzində müştərilər tərəfindən banklara 15,312 mlrd. manat həcmində depozit yerləşdirilib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 2 879,3 mln. manat və ya 23,16% çoxdur.

 

Bununla yanaşı, oktyabr ilə müqayisədə noyabrda depozitlərin həcmi 485,3 mln. manat və ya 3,27% artıb.

 

Depozit bazasının valyutalar üzrə strukturuna nəzər salanda məlum olur ki, əmanətlərin 7 mlrd. 643,1 mln. manatla, 7 mlrd. 669 mln. isə xarici valyuta ilə yerləşdirilib.

 

2014-cü ilin yanvar-oktyabr aylarında banklar 7 mlrd. 485,1 mln. manatla, 7 mlrd. 341,5 mln. isə xarici valyuta ilə depozit qəbul edib.

 

Qeyd edək ki, ötən ilin 11 ayı ərzində yerli banklarda 6 mlrd. 197,8 mln. manatla, 6 mlrd. 243,9 mln. isə xarici valyuta ilə depozit yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR