Bank Of Baku

Azərbaycan əhalisi banklardakı əmanətlərini artırıb

Azərbaycan əhalisi banklardakı əmanətlərini artırıb
# 17 iyun 2013 09:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin mayın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32,9% artaraq 5 768,3 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 3 478,1 mln. manatı və ya 60,3%-i milli, 2 290,2 mln. manatı xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 44,9% və 18,2% artıb.

Qeyd edək ki, 2013-cü ilin may ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,78 manat, 100 Rusiya rubluna - 2,50 manat, 1 avroya - 1,02 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,78 manat, 2,55 manat və 1,03 manat təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR