Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3% artaraq 10,3 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1 108,7 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,5 faiz bəndi üstələyərək 4,9% olub.
Bu dövr ərzində gəlirlərin 69,4%-i son istehlaka, 9,3%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 19,5%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan 9,3 mlrd. manatlıq gəlir əvvəlki ildəkinə nisbətən 6,1% artıb.