Bank Of Baku

Azərbaycan əhalisinin nağd dollar alışına marağı artıb

Azərbaycan əhalisinin nağd dollar alışına marağı artıb
# 10 iyun 2013 08:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2013-cü ilin yanvar-aprel ayları ərzində banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dollarının kütləsi 3 232,1 mln. dollar təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 17,8% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dollar kütləsi son bir ildə 3,4% artaraq 812,2 mln. dollara çatıb.

 

Beləliklə, Azərbaycan əhalisinin nağd dollar alışı satışdan 4,0 dəfə çox olub. Ümumilikdə, son illər ərzində nağd dollarla aparılan əməliyyatların həcmində daimi artım müşahidə olunur. Bunun əsas səbəbi ölkədə dolların nağd hesablaşmalarda və yığımlarda rolunun yüksək olması ilə bağlıdır.

 

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanda əhali tərəfindən banklardan orta hesabla hər ay nağd 764,1 mln. dollar alınıb və 216,3 mln. dollar satılıb. Bu ilin yanvar-aprel aylarında isə həmin göstəricilər müvafiq olaraq 808 mln. dollar və 203 mln. dollar təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR