Bank Of Baku

Azərbaycan İpoteka Fondunun daha 10 mln. manatlıq istiqraz emissiyası yerləşdirilib

Azərbaycan İpoteka Fondunun daha 10 mln. manatlıq istiqraz emissiyası yerləşdirilib
# 20 may 2013 13:55 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilməmiş istiqrazlarının VI emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərraca 10 mln. manat məbləğində istiqraz çıxarılıb. Sifarişlərin nominal üzrə ümumi məbləği 10,371 mln. manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib. Sifarişlər emitent tərəfindən 101,1917% qiyməti ilə təqdim olunub. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci il noyabrın 6-da icra olunacaq.


Qeyd edək ki, AİF-in altıncı emissiyasının ümumi həcmi 40 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, tədavül müddəti 10 il, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İstiqrazların yerləşdirilməsinə 2012-ci il dekabrın 28-də başlanılıb ki, indiyədək 29 mln. manat həcmində istiqraz yerləşdirilib.


Xatırladaq ki, bundan öncə yerləşdirilməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirilməsi 2010-cu il fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirilməsi 2011-ci il yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan, yerləşdirilməsi 2011-ci il oktyabrın 4-də başlanan və həcmi 20 mln. manat olan, yerləşdirilməsinə 2012-ci ilin martın 15-də başlanan və həcmi 30 mln. manat olan AİF-in 5 istiqraz buraxılışı tam yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR