Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın daha iki kommersiya bankı Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatları kimi qeydiyyatdan keçib.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, sözügedən banklar " Caspian Development Bank" və "Azer-Turk Bank"dır.
Bununla da AİF-in müvəkkil kredit təşkilatlarının sayı 30-a çatıb.