Bank Of Baku

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlığa dair memorandum imzalayıb

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlığa dair memorandum imzalayıb
# 02 iyun 2014 11:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlığa dair memorandum imzalayıb. “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

 

O, əlavə edib ki, bundan başqa “Ümumrusiya sərgi mərkəzinin ərazisində Azərbaycan ticarət-sərgi mərkəzinin yaradılması haqqında” dövlətlərarası razılaşma, “İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında” dövlətlərarası anlaşma, texnoparklar haqqında, o cümlədən uzun müddət iqtisadi əməkdaşlığa dair proqramın imzalanması nəzərdə tutulur.

 

Nazir qeyd edib ki, “İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında” sənəd iyulda imzalanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR