«APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı hökumətdə ayrı-ayrı qurumlar, o cümlədən Dövlə Sosial Müdafiə Fondu ilə müzakirələr aparılır. N.Əmirov bildirib ki, hazırda xarici ölkələrdə minimum əmək haqqı tətbiq edilir: «Bəzi ölkələrdə saatlıq, bəzilərində isə həftəlik müddət üçün minimum əmək haqqı tətbiq edilir. Azərbaycanda da bununla bağlı müzakirələr aparılır».
Nazir müavini qeyd edib ki, son illər görülən tədbirlər nəticəsində əmək haqqından tutulan fiziki şəxslərin gəlir vergisindən yayınma halları xeyli azalıb. Lakin belə şirkətlər hələ də var və bəzi hallarda real əmək haqqı sənədləşmədə 15-16 dəfə azaldılır: «Bəzən ayda 2-3 min manat maaş alan əməkdaşın maaşı 120 manat kimi rəsmiləşdirilir. Bu göstərir ki, həmin şirkət hökmən vergidən yayınmaq yolunu tutub və onu heç bir islahatla könüllü vergiyə cəlb etmək mümkün deyil».