Bank Of Baku

Azərbaycan iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların həcmi 38% artıb

Azərbaycan iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların həcmi 38% artıb
# 16 sentyabr 2014 09:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına 7,3 mlrd. ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 38,3% çox xarici investisiyalar yönəldilib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, investisiyaların 11,2%-i iqtisadiyyata maliyyə kreditləri, 53,1%-i birbaşa, 35,7%-i isə portfel və digər investisiyalar şəklində daxil olub.

 

Birbaşa investisiyaların həcmi 3,9 mlrd. dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 30,2% artıb, onun 3,3 mlrd. dolları və ya 85,3%-i iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.

 

Bu dövrdə ölkə rezidentlərinə 815,5 mln. ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilib, onlardan 46,5%-i dövlət təminatlı kreditlər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR