Bakı. Musa Əhmədov – APA-Economics. MDB ölkələri arasında orta aylıq əmək haqqının həcmində Azərbaycan dördüncü yeri tutub.
“APA-Economics” MDB-nin Hökumətlərarası statistika komitəsinə istinadən xəbər verir ki, orta aylıq əmək haqqının 568 ABŞ dolları təşkil etdiyi Azərbaycan Rusiya, Qazaxıstan və Belarusdan geri qalır.
Komitənin məlumatında qeyd olunur ki, Rusiyada orta aylıq əmək haqqı 896 dollar, Qazaxıstanda 686 dollar, Belorusda isə 590 dollar təşkil edir.
Orta aylıq əmək haqqının 408 dollar təşkil etdiyi Ermənistan isə 5-ci yerdə qərarlaşıb.