Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı rüblük pul siyasəti icmalını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı rüblük pul siyasəti icmalını açıqlayıb
# 20 may 2013 12:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycan Mərkəzi Bankı (AMB) öz siyasətini qlobal iqtisadiyyatın və maliyyə sisteminin kövrəkliyi, ölkə daxilində isə makroiqtisadi dayanıqlığın möhkəmlənməsi və iqtisadiyyatın şaxələnməsi şəraitində həyata keçirib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Mərkəzi Bankın I rüb üzrə hazırladığı «Pul siyasəti İcmalı»nda deyilir.

 

İcmala əsasən, Azərbaycan iqtisadi artım və makroiqtisadi sabitlik hədəflərini müvəffəqiyyətlə balanslaşdıra bilib və cari ilin I rübündə də ölkə iqtisadiyyatında artım və inkişaf prosesləri davam edib: «Ölkənin xarici iqtisadi mövqeyi əlverişli olub, qeyri-neft sektorunun artım dinamikası daha da güclənib. Dövlətin sosial-iqtisadi inkişafa göstərdiyi aktiv dəstək iqtisadi artıma mühüm töhfə verib. Dövr ərzində ölkənin strateji valyuta ehtiyatlarının artımı davam edib və kifayətlilik üzrə beynəlxalq normaları əhəmiyyətli üstələyib».

 

İcmalda göstərilir ki, 2013-cü ilin I rübündə AMB Bank fəaliyyətini inflyasiyanın aşağı, birrəqəmli səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin qorunması kimi hədəflərin həyata keçirilməsinə yönəldib və qarşıya qoyulan hədəflərə nail olub. Belə ki, orta illik inflyasiya cəmi 1,2% təşkil edib və əhali gəlirlərinin real artımı üçün əlverişli şərait yaradıb. Azərbaycandakı inflyasiya tərəfdaş ölkələrdəki inflyasiyadan əhəmiyyətli dərəcədə az olub. Manatın məzənnəsinin sabitliyi inflyasiyanın təkrəqəmli səviyyədə saxlanmasında mühüm rol oynayıb. Hesabat dövründə Mərkəzi Bank tərəfindən valyuta bazarında izafi valyuta təklifini sterilizasiya etmək əməliyyatlarının aparılması manatın sabitliyini qoruyub. Aşağı inflyasiya manatın sabitliyi şəraitində qeyri-neft iqtisadiyyatının və ixracının beynəlxalq rəqabət qabiliyyətinə müsbət təsir edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR