Bank Of Baku

Azərbaycan sığorta bazarı son bir ildə 17% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 17% artıb
# 14 iyun 2013 11:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 168,693 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 16,6% çoxdur.


Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 48,6% artaraq 48,883 mln. manata çatıb.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə daxilolmaların həcmi 18,9% artaraq 108,972 mln. manat, o cümlədən, həyat sığortası üzrə daxilolmalar 2,6 dəfə artaraq 16,830 mln. manat, qeyri-həyat sığortası üzrə 8,1% artaraq 92,142 mln. manat təşkil edib. İcbari sığorta növləri üzrə daxilolmalar 12,6% artaraq 59,722 mln. manat olub.

 

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (36,966 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (27,301 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (21,873 mln. manat), «Həyatın yaşam sığortası» (14,951 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» (16,036 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (11,139 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (7,353 mln. manat) növləri üzrə toplanılıb.

 

Ödənişlərə gəldikdə isə könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 1,104 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,7 dəfə çoxdur. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 17,1% artaraq 33,629 mln. manata çatıb. Ümumilikdə, könüllü sığorta növləri üzrə ödənişlər 19,6% artaraq 34,732 mln. manat, icbari sığorta növləri üzrə isə 3,5 dəfə artaraq 14,151 mln. manat təşkil edib.


Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (17,814 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (10,759 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (8,553 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR