Bank Of Baku

Azərbaycan və Koreya hökumətləri arasında saziş imzalanıb - FOTO

Azərbaycan və Koreya hökumətləri arasında saziş imzalanıb  - <span style="color: red;">FOTO
# 18 iyun 2013 16:28 (UTC +04:00)

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu gün Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında Saziş imzalanıb.

 

Azərbaycanın maliyyə naziri Samir Şərifov və Koreyanın Azərbaycandakı səfiri Çoy Suk tərəfindən imzalanan saziş Azərbaycan Respublikasının iqtisadi inkişafına dəstək vermək və ölkələr arasında iqtisadi əməkdaşlığı təşviq etməyi, habelə gələcəkdə Koreya Respublikası Hökumətinin razılaşdırılmış layihələrin həyata keçirilməsi üçün İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan Azərbaycan Respublikası Hökumətinə kreditlər verməsini nəzərdə tutur. Eyni zamanda, razılaşma iki ölkə arasında bu sahədəki əməkdaşlığının ümumi çərçivəsini müəyyən edir.

 

İmzalanma mərasimində Azərbaycanla Koreya arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyi vurğulanıb, ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR