Bakı – APA-Economics. 2012-ci ildə Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmalar 72,3 mln. manat, ödənişlər isə 7,9 mln. manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətindən “APA-Economics”ə verilən məlumatda deyilir.
2013-cü ildə isə avtomobillərin icbarı sığortası üzrə ödənişlər bir qədər azalsa da, ödənişlər kəskin artıb. Belə ki, icbari sığorta üzrə yığımlar 69,2 mln. manat olduğu halda, ödənişlər 26,9 mln. manat təşkil edib.
2012-ci ildə sığorta üzrə toplanan hər 100 manat sığorta haqqı müqabilində 11 manat sığorta ödənişi edildiyi halda, ötən il ödənişlər 39 manata bərabər olub. Başqa sözlə, ölkədə avtomobillərin icbari sığortası üzrə zərər 3,6 dəfə artıb.